Vilayət Eyvazov Kamran Əliyevi əvvəlki vəzifəsinə qaytardı – FOTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev tutduğu vəzifədən azad edilərək Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

BDYPİ-nin Yol patrul xidməti şöbəsinin rəisi Kamran Əliyev isə İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Kamran Əliyev Trend-ə faktı təsdiqləyib.


Bütün xəbərlər