Çerniqovda raket yaşayış binasını partlatdı – ANBAAN VİDEO

Rusiya qoşunları Çerniqovun mərkəzində yaşayış binalarına hücumu davam edir.

Bununla bağlı Çerniqov Vilayət Dövlət Administrasiyasının sədri Vyaçeslav Çaus məlumat verib.

Onun sözlərinə görə, martın 3-də səhər saatlarında Rusiya qoşunları şəhərin mərkəzindəki yaşayış bölgəsinə raket zərbəsi endirib.

Xilasedicilər hadisə yerindədir. Həlak olanlar və yaralananlar barədə məlumat dəqiqləşdirilir.

Çaus yaxınlıqda heç bir hərbi obyektin olmadığını vurğulayıb:

“Yaxınlıqda ancaq xəstəxana, bir neçə məktəb, uşaq bağçası və çoxmərtəbəli yaşayış binaları var”.

Mərminin yaşayış binasına düşmə anı qeydə alınıb.

Interval.Az


Bütün xəbərlər