Büdcə təşkilatlarında 89 milyon 240 min manat artıq və əsassız ödənişlər aşkarlanıb

“Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb”.

Bunu Maliyyə Nazirliyində bu gün keçirilən geniş kollegiya iclasında nazir Samir Şərifov deyib.

Nazir qeyd edib ki, həmin məbləğdən 37 milyon 535 min manatı yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.


Bütün xəbərlər