Azərbaycanda 140 nəfər COVID-19-dan sağalıb…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232123 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 226654 nəfər müalicə olunaraq sağalıb, 3180 nəfər vəfat edib, aktiv xəstə sayı 2289 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6647, ötən müddət ərzində isə ümumilikdə 2 501 845 test aparılıb.


Bütün xəbərlər