Qubadakı yanğınla bağlı RƏSMİ məlumat – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

İnterval.Az xəbər verir ki, FHN-dən Milli.Az-a verilən məlumata görə, fevralın 7-də Quba rayonunun Qalxun kəndində, ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayası yanır.

Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

*  *  *

Quba rayonun Qalxun kəndində baş verən yanğın hadisəsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

İnterval.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır: “Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək”.

Məlumata görə, hadisə nəticəsində ot tayalarının yanında olan 5 evin də yandığı bildirilir.


Bütün xəbərlər