Tramp İran silahlı gəmilərinin vurulması haqda göstəriş verib

ABŞ Prezidenti Donald Tramp Hərbi-Dəniz Qüvvələrinə onun gəmilərinə maneə törədən İran katerlərini məhv etməklə bağlı tapşırıq verib.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bu barədə D.Tramp özünün “Twitter” səhifəsində yazıb.

O, tapşırığı ilə bağlı hər hansı bir təfərrüat açıqlamayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Hərbi-Dəniz Qüvvələrinin beşinci donanması Fars körfəzində İran katerlərinin ABŞ gəmilərinin yaxınlığında təhlükəli manevrlər keçirdiyini bildirmişdi. Katerlərin ABŞ hərbi gəmilərinə 9 metr məsafəyədək yaxınlaşdığı deyilmişdi.


Bütün xəbərlər