“Fatimə ərini üstümə göndərmişdi” – Xatun

“Fatimənin yanında yalançılar, söz aparıb-gətirənlər var. Ondan küsməyimin səbəbi ərini mənim üstümə göndərməsi olub. Yoxsa, söhbət bu qədər uzanmayacaqdı”.

İnbterval.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva küsülü olduğu rəqqasə Fatimə Fətəliyevanın ünvanına deyib. Sənətçi “Tolik ilə səmimi” “Youtube” layihəsində qalmaqalın səbəblərini açıqlayıb:

“Qardaşım dedi ki, bir az keçsin, ikinizdə sakitləşin. Bir də gördüm əri gəlib üstümə. Günah ərindədir. Deyərdi, “Get işinlə məşğul ol. Arvad söhbətinə qarışmıram”.

Fatiməni xınaya dəvət etdim, əvvəl dedi havayı gələcəm, sonra fikrini dəyişdi. Söylədi ki, 1000 ver, dedim 500 manat verəcəm. Dava odur ki, heç kimə pulu demə. Sən 500 manata da gedirsən xınaya. Mənim ondan qorxan yerim yoxdur. Amma oğlum, anam və atamdan çəkinirəm”.


Bütün xəbərlər