Ötən gün 39 cinayətkar saxlanıldı – DİN AÇIQLADI

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb.

İnterval.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.


Bütün xəbərlər