ABŞ-ın hazırladığı döyüşçülər Ukraynaya qarşı vuruşacaq

İrandakı “PMC Vaqner” Əfqanıstanın xüsusi əməliyyat qüvvələrinin döyüşçülərini Ukraynadakı müharibəyə hazırlayır.

Interval.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksey Getman növbəti dəfə məlumat verib.

O qeyd edib ki, hərtərəfli hazırlıqla “mobilləri” vaqnerçilərə bağlamaq istəyirlər:

“Əfqanıstan döyüşçüləri İranda vaqnerçilərin himayəsi altında müəyyən təlimlər keçir. Bu döyüşçülərə tibbi sığorta, əmək haqqı təklif olunub. İlin sonuna qədər ən azı 3000 belə hərbçinin səfərbər edilməsi planlaşdırılır. Fevral-mart aylarına qədər daha 5 min belə insan. Bunlar amerikalı təlimatçılar tərəfindən öyrədilmiş insanlardır. Onlar necə döyüşməyi bilirlər”, – Getman bildirib.

Qeyd edək ki, daha öncə Getman açıqlamasında Əfqanıstandakı 40 min muzdlunun İran vasitəsilə Rusiyaya, oradan isə Ukraynaya müharibəyə göndəriləcəyini bildirimişdi.

Interval.Az 


Bütün xəbərlər