Zelenski Putinlə birbaşa danışıqlara hazırdır – Ukrayna Prezidentinin Aparatı 6 Mart 2022 19:00

Ukrayna Prezidenti Volodimit Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.

Interval.Az– “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidentinin Aparatı rəhbərinin müavini Andrey Sibiqa deyib.

“Biz müharibənin dayandırılması və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna Prezidenti V.Putinlə birbaşa danışıqlara hazırdır. Və hər hansı bir gündəm məsələsi haqqında danışmaqdan qorxmur. Təbii ki, heç bir ultimatum olmadan və qətiyyətlə”, – deyə A.Sibiqa bildirib.

|Interval.Az


Bütün xəbərlər