Türkiyə millisində şok itki – Merih üçün mövsüm erkən bitdi

İtaliya A Seriyasının 19-cu turunda “Roma”ya səfərdə 2:1 hesabı ilə qalib gələn “Yuventus” ciddi itki ilə üzləşib.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, komandanın ilk qolunu vuran türkiyəli müdafiəçi Merih Demiral16-cı dəqiqədə sıradan çıxıb. Turin klubu 21 yaşlı futbolçunun diz bağlarının qopduğunu açıqlayıb.

Bu səbəbdən gənc oyunçu mövsümün qalan oyunlarında forma geyinməyəcək. Türkiyə millisinin üzvü Avro-2020-də də iştirak edə bilməyəcək.


Bütün xəbərlər