“Qarabağ” klubu ilə bağlı sənədli film, Tağıyevlə bağlı isə serial çəkiləcək

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qarabağ” futbol klubu haqqında sənədli filmin çəkilməsi nəzərdə tutulur.

Interval.az   bildirir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda mətbuat konfransında bildirib.

O, hazırda bununla bağlı layihələrinin olduğunu diqqətə çatdırıb.

Nazir həmçinin, Bakı Media Mərkəzi ilə birlikdə Hacı Zeynalabdin Tağıyev haqqında serial çəkiləcəyini vurğulayıb.

“Gələn il Türkiyə ilə bigə filmlərin çəkilməsi gündəmdədir. Bununla bağlı danışıqlar gedir. Bu filmlərin “Netflix”də yayımları da mümkün ola bilər”, -nazir bildirib.

 

Interval.az


Bütün xəbərlər