Qarabağda iki erməni hərbçisi yaralanıb

İşğal altında olan Dağlıq Qarabağda Ermənistan qoşunlarının iki hərbçisi yaralanıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, insident işğal olunmuş bölgədə yerləşən hərbi hissələrin birində baş verib.

Hadisə nəticəsində 19 yaşlı Henri-Ayk Zakaryan ağır yaralanıb, adı açıqlanmayan digər hərbçinin vəziyyəti orta ağır olaraq dəyərləndirilir.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.İşğal altında olan Dağlıq Qarabağda Ermənistan qoşunlarının iki hərbçisi yaralanıb.

 


Bütün xəbərlər