“Real” qışda hücumçu almayacaq – Zidan açıqladı

“Real” qış transfer dönəmində hücumçu almayacaq.

İnterval.Az qol.az-a istinadən xəbər verir ki,bunu komandanın baş məşqçisi Zinəddin Zidan “Marca”ya açıqlamasında deyib.

O, hücum xəttindən narazı olmadığını bildirib: “Qış “transfer pəncərəsi”ndə başqa forvardın alınmasına ehtiyac duymuram. Çempionatda liderdən geri qalmağımız məni əsəbiləşdirir. Ancaq oyunçularımı günahlandıra bilmərəm. Komandanın inkişafından məmnunam”.

Qeyd edək ki, La Liqada 18 turdan sonra “Barselona” 39 xalla liderdir. “Real” 37 xalla 2-cidir.


Bütün xəbərlər