Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 6-na olan statistik göstəriciləri açıqlayıb.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 309 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 169 790 test aparılıb.


Bütün xəbərlər