Bu il Azərbaycanda POS-terminallarla nağdsız ödənişlərin həcmi artıb

“Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda POS-terminallarla nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artıb”.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuat konfransında deyib.

O bildirib ki, hazırda ölkədə 67 min POS-terminal mövcuddur:

“Nağdsız ödənişlərlə bağlı artıq 10 ildən artıqdır ki, maarifləndirmə tədbirləri görürük. Ölkəyə gələn turistlərin sayı artır ki, bu da sözügedən sahənin önəmini artırır”.


Bütün xəbərlər