Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Ramazan ayının başlanması ilə bağlı paylaşım edib.

Interval.Az bildirir ki, paylaşımda deyilir:

“İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”.

Interval.Az

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər