Yol polisi sürücülərə müraciət etdi – VİDEO

#VİDEO#YOL POLİS

Interval.Az  xəbər verir ki,    Daxili İşlər nazirliyinin Baş DYP İdarəsi kəskin hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev açıqlamasında bildirib ki, qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərin şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər.

“Bütün sürücülərdən xahiş edirik ki, zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Eyni zamanda texniki vəziyyəti nasaz olan (xüsusilə əyləc sistemi nasaz olan), eləcə də mövsümi şinləri olmayan avtomobillərlə yollara çıxmasınlar. Nəzərə alsınlar ki, belə nəqliyyat vasitələrinin sürüşmə halları daha çox olur ki, nəticədə hansısa bir xoşagəlməz hallar baş verə bilir”, – deyə o əlavə edib.

Zamiq Yunisov

Interval.Az

 


Bütün xəbərlər