Azərbaycanın Qarabağ bölgəsində erməni silahlı qüvvələri birləşmələrinə qarşı başlatdığı antiterror əməliyyatı zamanı Silahlı Qüvvələrin əsgəri Sənan Mirzəyev şəhid olub.

Azərbaycanın Qarabağ bölgəsində erməni silahlı qüvvələri birləşmələrinə qarşı başlatdığı antiterror əməliyyatı zamanı Silahlı Qüvvələrin əsgəri Sənan Mirzəyev şəhid olub.

Asiya.az xəbər verir ki, şəhidlə vida mərasimi doğulduğu Masallı şəhərində baş tutub.

Dəfn mərasimi Masallı Rayon İcra Hakimiyyətinin başçısı və aparatı, idarə-müəssisə rəhbərləri, din xadimləri, rayon ictimayəti və media nümayəndələrinin iştirakı ilə baş tutub.

2004-cü il təvəllüdlü şəhid əsgər Mirzəyev Sənan Vüqar oğlu Masallı şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhidin tabutuna bükülən üç rəngli bayrağımızı şəhidin babası Zahir Mirzəyevə təqdim edib.
Allah rəhmət eləsin!
Cəfər Cəfərov,
Nurlan Məmmədov,
İnterval.Az
 







Bütün xəbərlər