MƏHSƏTİ HÜSEYNOVA Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatını aldı

MƏHSƏTİ HÜSEYNOVA

    Interval.Az  xəbər verir ki ,  MƏHSƏTİ HÜSEYNOVA Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatını aldı

BHS Group və Türkiyə-Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun birgə təşkil etdiyi 5-ci Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları sahiblərinə təqdim olundu.

İstanbul, Şişlidə bir oteldə keçirilən mərasim Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb.

Gecədə Azərbaycandan gələn Sağlam Qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İlin ən yaxşı sağlam qidalanma mütəxəssisi” mükafatına layiq görülüb.
Mehseti Hüseynova çıxışında “Gecənin təşkilində əməyi olan hər kəsə, xüsusilə Atakan Taşur və Koray Bozata təşəkkür edirəm. Bu il isə Türkiyədə “Ən Yaxşı Sağlam Qidalanma Mütəxəssisi” kateqoriyasında aldığım 4-cü Mükafatdır. Amma bu Türkiyə-Azərbaycan Qardaşlıq mükafatının başqa yeri var, onu həmişə ən dəyərli yerdə saxlayacam. Azərbaycan və Türkiyə dostluğu əbədi olsun”. dedi.
Mərasimdə BHS Qrupunun Qurucu sədri Atakan Taşur bildirib ki, Qarabağ Zəfəri bayramı münasibətilə bu gecəni “iki dövlət, bir millət” şüuru altında təşkil ediblər.
Məqsədlərinin türk dünyasına mənalı bir layihə təqdim edərək bölünməz birliyi dünya ictimaiyyətinə çatdırmaq olduğunu ifadə edən Taşur, “İki ölkənin sənət, siyasət, idman, media və iş dünyasının ən yaxşıları mükafatlandırıldı. “Bu gecə türklüyə baxışımızı və səylərimizi əks etdirdik. Azərbaycanda Qarabağ müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə isə hörmət və sevgimizi diləyirəm”. dedi.
O, Türkiyə və Azərbaycandan olan adlara 70 nominasiya üzrə mükafatlar verdiklərini qeyd edib.
Türkiyə-Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun sədri Koray Bozat çıxışında bildirib ki, “Azərbaycan və Türkiyənin qədim qardaşlığını necə daha da inkişaf etdirə bilərik?” Deyə bu yolda çalışırıq.
O həm də bu ilki Mükafat gecəsinin təşkilində əsas məqsədi və daha böyük əhəmiyyətinin Kiprin daxil olmasının da rolu olduğunu dedi. Ona görə bu il v gecəmizi “Üç dövlət bir millət” olaraq təşkil edirik.. Buna görə çox xoşbəxtik”. dedi.
İncəsənət, siyasət, biznes və idman ictimaiyyətinin nümayəndələrinə 70 nominasiya üzrə mükafatlar təqdim olunub.

Nərmin Cabbarova 

Interval.Az


Bütün xəbərlər