“Ordumuzun torpaqlarımızı azad etməsi qətiyyət və həmrəyliyin təntənəsidir”

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun doğma torpaqlarımızı işğaldan azad etməsi uğrunda mübarizəsi vətənpərvərlik, qətiyyət və həmrəyliyin təntənəsidir.

İnterval.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” (tvitter) sosial şəbəkə hesabında bildirib.

“Vətən müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik”, – deyə o, qeyd edib.

Zamiq Yunisov

İnterval.Az


Bütün xəbərlər