Bakıda avtomobil qəza zamanı işıqfora çırpılıb – FOTO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Interval.Az bildirir ki, Atatürk prospektində iki avtomobil toqquşub.

İşıqforla tənzimlənən dördyol ayrıcında iki “Toyota” markalı avtomobil toqquşub.

Nəqliyyat vasitəlırindən biri idaretmədən çıxaraq işıqfora çırpılıb.

Zərbənin gücündən işıqfor aşıb.

Qəza nəticəsində işıqfora çırpılan avtomobildə bir sərnişin xəsarət alıb.

Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Interval.Az

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər