Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Milli.Az matc.az-a istinadən bildirir ki, turnirin finalına vəsiqə uğrunda “Valensiya”, “Atletik”, “Rayo Valyekano” və “Betis” klubları mübarizə aparacaq.

Püşkə əsasən, “Valensiya” yarımfinalda “Atletik”lə üz-üzə gələcək. “Rayo Valyekano” isə “Betis”lə qarşılaşacaq.

İspaniya kubokunda yarımfinal görüşləri əvvəlki mərhələlərdən fərqli olaraq, ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar 9-10 fevralda, cavab görüşləri isə 2-3 matda baş tutacaq.

İspaniya kuboku
Yarımfinal

Valensiya – Atletik
Rayo Valyekano – Betis

Interval.Az


Bütün xəbərlər