Bakıda buzlu yollar 5 nəfərin xəsarət almasına səbəb oldu

Hava şəraiti ilə əlaqədar Bakıda təcili tibbi yardıma 5 müraciət daxil olub.

İnterval.Az xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən Trend-ə verilən məlumata görə, müraciət edənlərin diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub.

Müraciət edən şəxslər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib.

Qeyd edək ki, bu gün səhər paytaxtda qar yağması səbəbilə bəzi yollar buz bağlamışdı.


Bütün xəbərlər