Ali Kınık “Yalnız değilsin” deyəcək

İnterval.Az bildirir ki,   Türk dünyasının xalq yaradıcılığı musiqisinin tanınmış ismi, yazıçı və bəstəkar Ali Kınık Bakıya gəlir.

O,24  may tarixində “Yalnız değilsin” adlı solo konserti ilə Heydər Əliyev Sarayında çıxış edəcək.

Bu barədə  İnterval.Az-a konsertin təşkilatçısı olan “Yaz” mediagroupdan məlumat verilib.
Bildirilib ki, konsert saat 19:00-da başlayacaq:Biletləri şəhərimizin kassalarından və həmçinin onlin iTicket.Az saytından əldə edə bilərsiniz. İnterval.Az və “YAZ” Mediagroupun təçkilatçılığı ilə, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyin və “Z Company-2007” – nin təşkilati dəstəyi ilə keçiriləcək solo konsert proqramına hərkəs dəvətlidir.Konsertdə Ali Kınıkla birgə 30 şəhid övladından ibarət ” Zəfər sədası” uşaq xor qrupunun ifasında ” Türk övladı “ mahnısının təqdimatı da planlaşdırılır.

Xatırladaq ki, “Yalnız değilsin” bir müddət Türkiyənin ATV kanalında yayımlanan “Eşkiya dünyaya hükümdar olmaz” serialında da səsləndirilib.

Ayla Qafqazlı 
İnterval.Az 

Bütün xəbərlər