Nyu-Yorkda son bir gündə 299 nəfər koronavirusdan ölüb

ABŞ-ın Nyu-York ştatında son sutka ərzində daha 299 nəfər koronavirus infeksiyasından ölüb.

İnterval.Az APA-ya istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo bildirib.

Ştat ABŞ-da COVID-19 infeksiyasının episentri hesab olunur. Cümə günü burada 289 nəfərin öldüyü bildirilmişdi.


Bütün xəbərlər