Bakıda kişi kirayədə yaşayan qadını ölümlə hədələyib təcavüz etdi

Bakı şəhəri Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşları apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində qadına təcavüz etməkdə ittiham olunan kişini saxlayıblar.

İnterval.Az bildirir ki, bu haqda Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinsi təcavüzə məruz qalan şəxs 1971-ci il təvəllüdlü E.M.-dir

Zərərçəkən verdiyi açıqlamada tanışı, 1979-cı il təvəllüdlü Mingəçevir sakini İ.İbrahimov tərəfindən kirayədə yaşadığı mənzildə cinsi təcavüzə məruz qaldığını bildirib.

Qadın hadisənin 22 noyabrda baş verdiyinin söyləyib. Təcavüzü həyata keçirən kişi hadisədən öncə qadını ölümlə hədələyib.

Faktla bağlı istintaq işi davam edir.


Bütün xəbərlər