Gəncədə Kəpəz seçki dairələri üzrə 532 nəfər ilk dəfə səs verəcək

Gəncə şəhərində bələdiyyə seçkiləri davam edir.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsi üzrə 29 açıq, 2 qapalı məntəqə var. DSK üzrə seçici sayı 41 min 568 nəfərdir. Onlardan 2418 nəfəri qapalı məntəqədə səs verəcək.

DSK üzrə 18 yaşı tamam olan 249 nəfər ilk dəfə səs verəcək. Onlardan 4 nəfərinin 18 yaşı elə seçki günü, yəni dekabrın 23-də tamam olur. DSK üzrə ən yaşlı seçici 1916-cı il təvəllüdlü Yəmən Babayevadır.

40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsində də seçkilər davam edir. DSK sədri İmamyar İsmayılov bildirib ki, dairə üzrə 30 məntəqə var. DSK üzrə seçici sayı 42085 nəfərdir. DSK üzrə 18 yaşı tamam olan 283 nəfər ilk dəfə səs verəcək. Onlardan Bayram Məmmədovun 18 yaşı elə seçki günü tamam olur.


Bütün xəbərlər