Abşeronun bu kəndində qaz olmayacaq

Bu gün Abşeron rayonunun Digah kəndində qazın verilişi məhdudlaşdırılacaq.

İnterval.Az xəbər verir ki, bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, saat 12:00-dan etibarən Abşeron rayonunda yerləşən “Digah” Qaz Paylayıcı Stansiyasında sayğac quraşdırılması ilə əlaqədar Digah kəndində yaxın 2 saat ərzində qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq.


Bütün xəbərlər