İlin ən çox müzakirə edilən xəbərləri və məşhurları – FOTO

Bu il bir çox qalmaqallara, mədəni hadisələrə və hadisələrə şahidlik etdi.

İnterval.Az axşam.az-a istinadən geridə qoymağa hazırlaşdığımız 2019-cu ildə sosial mediada ən çox müzakirə edilən mədəniyyət və şou-biznes olaylarını təqdim edir:

“Nəsimi ili” başlar-başlamaz sosial mediaya damğa vuran toy müğənnisi Afət Fərmanqızı idi. Onun hind musiqisinin müşayiəti ilə “Pəncü-şeş” qəzəlini ifa etməsi tənqidə səbəb oldu. Bu tənqidlərin fonunda isə o, Xalq artisti Flora Kərimova, Əməkdar artist Nüşabə Ələsgərli, müğənni Roza Zərgərli və bir neçə şəxslə qalmaqal yaşadı.

Müğənni Şəbnəm Tovuzlunun ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində Amerikanı Avropanın paytaxtı adlandırması da bir müddət gündəmi məşğul etdi.

Üç çılpaq qızın sosial şəbəkələrdə rəqs edib mahnı oxuduğu videosunun yayılması və məsələdə müğənni-bəstəkar Ramal İsrafilov qardaşı Valeh İsrafilovun adının hallanması da maraq doğurdu. Xüsusilə, fondakı mahnıda səslənən “Bu qədər asandırmı çıxıb getmək” ifadəsi dillərdə əzbər oldu.

Müğənni Elnar Xəlilovun şairə Aysel Nəcəfliyə evlilik təklifi, toyları, ayrılmaları, barışmaları və nəhayət övladlarının dünyaya gəlməsi də gündəmdən düşmədi.

Dünyaca məşhur ifaçı Sami Yusufun “Nəsimi” qəzəlinə fərqli rəng qatdığı klipi onu ən çox paylaşılan videolardan oldu. Böyük çoxluq mahnını bəyənsə də, bir qism yaxşı alınmadığını iddia söylədi.

İfaçı Elariz Məmmədoğlunun “Green card” vasitəsilə Amerikaya köçməsi ilin ən gözlənilməz xəbərləri sırasında yer aldı.

Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramında Turanə Nəcəfova qadının 13 illik ailəsini müğənni Aysel Əlizadənin dağıtdığını iddia etməsi məhkəməyə qədər uzandı. Dedi-qodudan “qidalanan” sosial şəbəkə istifadəçiləri üçün isə bu, əsl “yem” idi.

Xalq artisti Murad Dadaşovun “Popumuz var” verilişində “Neft xalqın deyil” ifadəsini işlətməsi kəskin etirazlarla qarşılandı, sənətçi sosial şəbəkədə “linç” olundu.

Türkiyəli aktyor Cem Yılmazın stend ap şousunun bilet qiymətinin 700 manat olması sosial media istifadəçilərini qəzəbləndirdi. Sənətçinin “Bir həftə burada qalsam, Miri Yusif kimi Xalq artisti olaram” fikirləri də bir qrup istifadəçi tərəfindən iradla qarşılandı.

Xalq artisti Nazpəri Dostəliyenın qardaşı Ağalar Dostəliyevin qeyri-rəsmi nikahdan olan qızı Pərvanənin açıqlamaları, atasını onu zorlamaqda, bibilərini isə sənətçi olmağının qarşısını kəsməkdə günahlandırması günlərlə yazıldı.

Türkiyə aparıcı və bloqqer Suna Kasımoğlunun “Maşın” şouda avtomobilin qalibi olması məsələsi də birmənalı qarşılanmadı.

Müğənni Natavan Həbibinin oğlu Zeyd-Əli ilə sosial mediada paylaşılan fotosu “bomba” effekti yaratdı və ən çox paylaşılanlar sırasında yer aldı. Xüsusilə, Natavanın görüntüsü müzakirə edildi.

Meyxanaçı Aydın Xırdalanlının ölümü isə sosial şəbəkədə hər kəsi kədərləndirdi.

Əməkdar artist Yusif Mustafayevin toy şənliklərindən paylaşılan məzəli kadrları isə görənləri güldürdü.

Müğənni Fədayə Laçının həbsdən çıxması rezonans doğurdu. Bu dəfə isə sənətçinin azadlığa çıxması düzgün qarşılanmadı.

Prezident İlham Əliyevin mədəniyyət və incəsənət nümayəndələri ilə görüşü sosial şəbəkədə müzakirə olundu. Görüşdə Xalq artisti Zeynəb Xanlarovanın “Ölkəmizin çiçəklənməsindən danışın” fikirləri isə tənqid edildi.

Xalq artisti Afaq Bəşirqızı isə il ərzində Prezident İlham Əliyevin mədəniyyət və incəsənət nümayəndələri görüşü zamanı aktyorların maaşları ilə bağlı səsləndirdiyi fikir, maaşların artırılmasına vasitəçi olması və Azərpaşa Nemətovla olan qalmaqalına görə yadda qaldı.

AzTV-nin rəhbərliyinin dəyişilməsi və Ranar Musayevin Bədii rəhbər təyin edilməsindən sonra kanala illər sonra Xalq artistləri Flora Kərimovanın, Röya Ayxanın və bir çox müğənnilərin çıxması da müzakirə olunanlar sırasında idi.

Digər müzakirə olunan məsələ isə Tünzalə Ağayeva, Miri Yusif və Röya Ayxanın “Xalq artisti” fəxri adına layiq görülməsi idi.

Aktrisa Pərvin Abıyevanın polis zabiti sevgilisi Murad Abdullayevin özünə təm-təraqlı ad günü etməsi sosial şəbəkələrdə yayıldı və o, işindən azad edildi.

Miri Yusifin hər restorana toya getməməsi və məclis qonorarı da sosial şəbəkədə bir qism “statuskar”ın hədəfi oldu.

Əməkdar artist Aybəniz Haşımovanın aktrisa qızı Aynişan Quliyevanın Kənan Əliyev adlı fitness məşqçi ilə nişanlanması da hər kəsin marağına səbəb oldu.

Sonuncu müzakirə obyekti olan isə müğənni Roza Zərgərlinin himayədarlıq etdiyi oğlu Corc Qafarovun Qaraçuxur Bələdiyyəsinə üzv seçilməsidir.


Bütün xəbərlər