Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı

Dövlət qulluğuna qəbul imtahanında 1 134 nəfər uğur qazanıb.

Interval.Az  xəbər verir ki,bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 18 dekabr 2022‑ci il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB növü) və dövlət qulluğuna qəbul (BA, BB növü) imtahanı keçirilib.

Dövlət qulluğuna qəbul imtahanından iştirak etmək üçün qeydiyyatdan keçən 2500 namizəddən 45 nəfər imtahana gəlməyib.

İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 18 nəfər, BA2 altqrupu üzrə 45 nəfər, BA3 altqrupu üzrə 75 nəfər, BA4 altqrupu üzrə 94 nəfər, BB1 altqrupu üzrə 159 nəfər, BB2 altqrupu üzrə 181 nəfər, BB3 altqrupu üzrə 254 nəfər, BB4 altqrupu üzrə 308 nəfər olmaqla, ümumilikdə 1134 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında isə 141 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 4 nəfər, BB2 altqrupu üzrə 21 nəfər, BB3 altqrupu üzrə 26 nəfər, BB4 altqrupu üzrə 40 nəfər olmaqla, ümumilikdə 91 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya komissiyası 20-22 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər