Bələdiyyə seçkilərində 41 462 nəfər namizəd iştirak edəcək

Sabah keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin sayı 41 462 nəfərdir.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, namizədləridən bir qismi sonradan könüllü şəkildə namizədliklərini geri götürüblər:

“Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

MSK sədri vurğulayıb ki, namizədlər üçün hər cür şərait yaradılıb: “Onlar üçün hər cür şərait yaradılıb, heç kimə maneçilik törədiləyib. Seçkilərə kölgə salmaq istəyən insanlar da yersiz şikayətlər etməsin. İndiyə qədər bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb”.

Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.


Bütün xəbərlər