Nazilədən onu qınayanlara CAVAB

Şairə Nazilə Səfərli aktyor və aparıcı Ülvi Həsənli və Həsrət Həsrətov ilə fotosunu yayımlayıb.

İnterval.Az ölkə.az-a istinadən xəbər verir ki, şairə yeni aparıcısı olduğu veriliş barəsində onu qınayanlara cavab olaraq, fotonu “İnstagram” hesabından paylaşıb.

Səfərli fotonu belə şərh edib:

”Kim nə deyir desin, hara yozur yozsun, bir danılmaz həqiqət var. Həsrət, Ülvi, Nazilə dostdur, vəssalam. Mən heç kimin yerini almamışam. 10 yanvardan “Üç əlli” şousu axşam saatlarında yayımlanacaq. Onlar da o verilişin aparıcısı olacaqlar”.

Qeyd edək ki, bir müddət öncə aktyor Ülvi Həsənlinin intim görüntüləri yayıldığına görə, verilişin yayımı dayandırılmışdı.


Bütün xəbərlər