“Vaqner” qiyamından sonra Putin ilk dəfə beynəlxalq konfransa qatıldı

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) virtual təhlükəsizlik sammitində iştirak edib.İnterval.Az  xəbər verir ki,

Hindistanın baş naziri Narendra Modinin sədrlik etdiyi sammitdə Rusiya prezidenti ilə yanaşı Çin Xalq Respublikasının sədri Si Tsinpin, İran prezidenti İbrahim Rəisi də iştirak edib.

Qeyd edək ki, “Vaqner” özəl hərbi şirkətinin qiyamından sonra Rusiya prezidenti ilk dəfədir ki, beynəlxalq platformada çıxış edib.

Zamiq Yunisov

İnterval.Az 


Bütün xəbərlər