Millinin DÇ-2020-dəki oyunlarına hakim təyinatları

DÇ-2020-nin elit-raunda mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlanıb.

İnterval.Az Milli.Az-a istinadla xəbər verir ki, Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da komandamızın iştirkı ilə keçiriləcək ilk iki oyunu İtaliyadan olan hakimlər idarə edəcək:

Millinin oyunlarına hakim təyinatı
Xorvatiya – Azərbaycan
29 yanvar. Osiek. “Qradsk vrt Arena”. Saat 23:00
Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer

Azərbaycan – Rusiya
30 yanvar. Osiek. “Qradsk vrt Arena”. Saat 20:00
Hakimlər: Alessandro Malfer, Angelo Galante, Chiara Perona.


Bütün xəbərlər