Bu gün Azərbaycanın Xalq artisti Mübariz Tağıyevin 73 yaşı tamam olur.

Bu gün Azərbaycanın Xalq artisti Mübariz Tağıyevin 73 yaşı tamam olur.

 

M.Tağıyev 31 yanvar, 1948-ci ildə İrəvan şəhərində atası musiqiçi, kamança ifaçısı Hüseyn Tağıyev və anası  jurnalist  Rübabə xanımın ailəsində dünyaya göz açıb.

Axundov adına 9 saylı orta məktəbdə oxuyab, peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub.

Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərərkən mütəmadi qısqanılaraq qərəzli münasibətlərdən yorulmuş və Azərbaycana köçüb, Bakıda korifey sənətkarımız Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi öz yaradıcı fəaliyyətinə davam etmişdir. 1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib.

Milli estradamızın sütunlarından biri olan Mübariz Tağıyev son 30 il yaradıcılığının əsas hissəsini vətənpərvər mahnılara həsr edir və xalqımızın xüsusi sevgi və rəğbətini qazanır.

Qeyri-adi  səs tembrinə, yüksək estrada vokal ifaçılıq tərzinə malik olan M. Tağıyev Azərbaycanımızı dəfələrlə beynəlxalq tədbirlərdə layiqincə təmsil edərək dünyada milli estradamızı yüksək peşəkarlıqla təbliğ etmişdir.

İkinci Qarabağ savaşında, 44 gün vətənimizin torpaqlarının azad olunması dönəmində M. Tağıyev əsil vətən öqlu və əsil xalqın sənətkarı kimi öz yaradıcılığını tam səfərbər edərək hər gün studiyalarda ruh yüksəldici mahnıların yazılışında oldu. Səsi və ifası ilə qəhrəman əsgərlərimizin yanında olmağı və onlara zəfər çağırşları etməyi özünə borc bildi.

 Qoç igidlər, irəli!

Bu il qələbə ili!

Ya Məhəmməd, Ya Əli!

Bu il Qələbə ili!

Belə söylədi Mübariz Tağıyev ifa etdiyi “İgid şahinlər” mahnısında.

 Var olun Mübariz Tağıyev! Xalqımızın sevimli və dəyərli sənətkarı!

Nə yaxşı ki, Sizin kimi sənətkar məhz bizə Azərbaycanımıza məxsusdur.

Sizi doğum gününüz münasibəti ilə İnterval az. saytımızın bütün heyəti adından dərin hörmətlə təbrik edir , uzun ömür və can sağlığı arzulayırıq.

Yeni yaşınız mübarək!

 

Zamiq Yunisov


Bütün xəbərlər