Daha bir iranlı komandir öldürüldü

İranın “Bəsic” xalq könüllülərinin komandiri Əbdülhüseyn Müjdəmi ölkənin cənub-şərqində Xuzistan əyalətində qətlə yetirilib.

İnterval.Az oxu.az-a istinadən xəbər verir ki, Ə.Müjdəmi Şadeqan rayonunda Darhovin dairəsində yerləşən “Bəsic” könüllülərinin rəhbəri olub.

O, naməlum şəxslər tərəfindən evinin yaxınlığında güllələnib.

Yerli hakimiyyət hadisədən bir neçə saat sonra cinayətkarların tutulduğunu bildirib.


Bütün xəbərlər