Şərti azadlıqda olan Cəlilabad sakini İrana qaçarkən saxlanıldı

Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Milli.Az-a verilən məlumata görə, 14 dekabr tarixində Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ya­xın­lığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tə­rə­fin­dən 1 nəfər naməlum şəxsin Azərbaycandan İran istiqa­mətində döv­lət sərhədini pozması müşahidə olunmuş­ və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu saxlanılmışdır.

İlkin araşdırma zamanı saxlanılan şəxsin Cəlilabad rayon sakini 1973-cü il təvəllüdlü İbrahimov Zahid Eldar olduğu məlum olmuşdur. Araşdırma zamanı Z.İbrahimovun 2018-ci ildə oğurluğa görə məhkum olunması və 2019-cu ilin iyun ayında vaxtından əvvəl şərti azadlığa buraxılması müəyyən edilmişdir.

17 dekabr tarixində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xid­məti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasıyası istiqa­mətində dövlət sərhədinin pozulması aşkar olunmuş, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mış­dır. Görülmüş tədbirlər nəticəsində Qusar rayonunun Samur çay yatağında Əlcəzair Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Lahlah Djamal sərhəd pozucusu qismində sax­lanılıb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.


Bütün xəbərlər