DSX-nin hərbçiləri Cəbrayılda qəzaya düşdü, ölən və yaralanan var

Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində Dövlət Sərhəd Xidmətinə (DSX) xidmətə məxsus “UAZ” markalı avtomobil hərəkətdə olarkən “Shagman” markalı yük avtomobili “UAZ”ın hərəkət zolağına çıxıb və qəza baş verib.

DSX-nin Mətbuat Mərkəzindən  Interval.Az-a  verilən məlumata görə, qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər