Müxalif liderlər YAP-ın 30 illik yubileyində – FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötür.

Interval.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində tədbir keçirilir. Tədbirə YAP üzvləri ilə yanaşı, digər partiyaların sədrlər də var. Onlar arasında sabiq səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, REAL Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın sədri Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və digərləri də var.

Sözügedən mərkəzdən foto paylaşan İ.Məmmədov bu sözləri yazıb: “Yeni Azərbaycan Partiyası özünün 30-cu doğum gününə dəvət edib. Gəldim tədbirə rəqibimizi təbrik etməyə. YAP-a ən çox arzu etdiyim dünyada və ölkədə tamamən dürüst kimi tanınacaq demokratik rəqabətdə özünü göstərməsidir.

Digər arzum isə, onun həm xarici, həm də daxili siyasətini uzun müddətdir dəstəkləyən partiyaların rəsmən onun sıralarına qatılmasıdır”.

“Unikal” saytının yazdığı məlumata görə, yubiley tədbirinə gələnlər arasında Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev görünməyib. Məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlanılsa da, o, tədbirə qatılıb-qatılmayacağı ilə bağlı suala cavab verməkdən imtina edib və dəstəyi asıb.

Qeyd edək ki, R. Mehdiyev 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.

Fotolar Unikal-a məxsusdur:

Interval.Az

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər