Rusiyada kolbasa məmulatları bahalaşa bilər

Rusiyada ət emalçıları sosiska və kolbasa kimi hazır məhsulların topdan satış qiymətlərinin artması ilə bağlı pərakəndə şəbəkələrə sorğu göndərməyə başlayıblar.

Tədarükçülər qiymət artımını xammalın bahalaşması ilə əlaqələndirir və qiymətlərin 10% civarında artırılmasını xahiş edirlər. Bəzi hallarda istehsalçılar qiymət artımı müddətinin bir neçə ay uzanacağı gözlənilir.

Böyük ət emalçısının məlumatına görə, keçən ilin fevral ayında birinci kateqoriyalı broyler ətinin bir kiloqramı 87-92 rubla başa gəlirdisə, bu gün qiymət 134-138 rubl təşkil edir, sümüklü donuz ətinin kiloqramı isə 119 rubldan 134-138 rubladək bahalaşıb.

2021-ci ildə mal ətinin qiymətlərinin 15%-dək artacağı ehtimal olunur. İstehsalçılar adətən pərakəndə satıcılarla yeni qiymətləri 2-3 ay müddətində razılaşdırırlar.

Öz növbəsində, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, ət emalı müəssisələrindən hələ heç bir müraciət daxil olmayıb. Ümumiyyətlə, nazirlik bahalaşma üçün heç bir səbəb görmür.


Bütün xəbərlər