Təşəkkürlər cənab ali baş komandan – Zamiq Yunisov

Təşəkkürlər cənab ali baş komandan İlham Əliyev, təşəkkürlər rəşadətli Azərbaycan ordusu, təşəkkürlər qəhrəman Azərbaycan xalqı!

İnterval.Az-a açıqlamasında İnterval.Azn baş  redaktoru  və Müəllif Hüquqları Uğrunda İctimai Birliyini-n İdarə Heyəti Sədrinin müavini Zamiq Yunisov  bildirib   Azərbaycan prezidenti cənab İlham Əliyev ali baş komandan və hər bir vətəndaşın prezidenti olaraq Azərbaycan xalqına verdiyi vədi yerinə yetirdi. Bugün təkcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmadı, eyni zamanda ilahi ədalətə və dövlətimizin ədalətinə olan inamı daha da artdı. Xalqımız tam əmin ola bilər ki, onun hər bir fərdinə qarşı cinayət törətmiş cinayətkarların cənab prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki cəzalandırılması mütləqdir, hətta bütün dünyaya nümunə olacaq. Xalqımız gözəl Qarabağımızı bundan sonra daima xoşbəxt və firəvan görəcəyinə şübhə etməsin. Təşəkkürlər cənab ali baş komandan İlham Əliyev, təşəkkürlər rəşadətli Azərbaycan ordusu, təşəkkürlər qəhrəman Azərbaycan xalqı!  

Yıldray Arslan

İnterval.Az 


Bütün xəbərlər