“Qvardiola dünyanın ən yaxşı məşqçisidir” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp həmkarı Xosep Qvardiola barədə müsbət fikirlər səsləndirib.

İnterval.Az qol.az-a istinadən xəbər verir ki, alman mütəxəssis “Mançester Siti”nin çalışdırıcısı barədə danışarkən bunları deyib:

“Mənim bəxtim gətirib ki, komandalarım Qvardiolanın kollektivlərinə yaxın olub. Bir neçə dəfə demişəm. Mən onu dünyanın ən yaxşı məşqçisi sayıram. Qvardiolanın işinin miqyası inanılmazdır. Həmişə onun sərgilədiyi oyuna məmnunluqla baxıram. Biz tamamilə fərqli insanlarıq və bu, bizim komandamızın oyunlarında da özünü büruzə verir. O, insan kimi məndən üstündür. Axı, Qvardiola centlmendir. Biz onunla rəqib deyilik. Bir-birimizə hörmət edirik. Meydana çıxanda isə qalib gəlmək istəyirik ki, bu da normaldır. Əgər Qvardiola Premyer Liqanı udsa, mən bunu qəbul edəcəyəm”.


Bütün xəbərlər