Serxio Ramos rekordçu oldu

İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış “Barselona” ilə oyun “Real”ın kapitanı Serxio Ramos üçün əlamətdar olub.

İnterval.Az fanat.az-a istinadən xəbər verir ki, ağ futbolkada 15-ci mövsümünü keçirən 33 yaşlı müdafiəçi “El Klassiko”larda ən çox forma geyinən futbolçuya çevrilib.

İspaniya yığmasının üzvü 43-cü dəfə “El Klassiko” iştirakçısı olub. Beləliklə, arxa xətt oyunçusu əzəli rəqiblərin oyunlarında 42 dəfə iştirak etmiş Manuel Maçis, Pako Xento və Xavini geridə qoyub. “Barselona”nın lideri Lionel Messi də 42-ci belə matçını keçirdiyi üçün geridə qalıb.


Bütün xəbərlər