Bakıda Talıbovlara məxsus möhtəşəm villalar – FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun övladlarına aid olduğu iddia edilən daha bir neçə villanın peyk görüntüləri yayılıb.

Interval.Az axar.az-a istinadla xəbər verir ki, bununla bağlı məlumat sosual şəbəkələrdə paylaşılıb.

Bildirilir ki, villaların 2-si Gənclikdə (Milyonçular məhəlləsində), biri isə Nardaranda yerləşir.

Milyonçular məhəlləsində (207 saylı orta məktəbin yaxınlığında) yerləşən yanaşı villaların sahəsi 2,966 kv.m və 3.898 kv.m-dir.

Nardaranda yerləşən dənizə açılan villanın sahəsi isə 11.872 kv.m-dir.

Qeyd edək ki, DTX Naxçıvanda antikorrupsiya əməliyyatları aparır. İndiyə qədər yüz milyonlarla manat həcmində korrupsiya faktı üzə çıxarılıb.

Zamiq Yunisov 

Interval.Az

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər