AMEA-nın birinci vitse-prezidentləri seçildi – YENİLƏNİB

14:04

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən illik ümumi yığıncağında Akademiyaya birinci vitse-prezidentlər seçilib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, iclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması qərara alınıb.

Humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik Isa Həbibbəyli, təbiət elmləri və dəqiq elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik İbrahim Quliyev seçilib.

Hesablama Komissiyasının sədri Urxan Ələkbərov səsvermədə heç kəsin namizədin əleyhinə səs vermədiyini söyləyib.

_______
13:34

AMEA-nın bu gün illik ümumi yığıncağında Akademiyada birinci vitse-prezident vəzifəsinin təsis edilməsi məsələsi qaldırılıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, iclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb.

Namizədlərin seçilməsi üçün gizli səsvermə elan edilib.

Səsvermə üçün fasilə elan edilib.


Bütün xəbərlər