Stiv Solvet: “Barselona”ya məğlub olsaq, sağollaşıb gedəcəyəm”


“Sabah”ın müdafiəçisi Stiv Solvet “Barselona” ilə oyundan sonra rəqib futbolçulardan forma almaq istəmədiyini bildirib.
İnterval.Az xəbər verir ki, fransalı futbolçu bu barədə “L”Équipe” nəşrinə açıqlamasında danışıb.
30 yaşlı müdafiəçi məğlubiyyətlə barışmağın onun üçün çətin olduğunu vurğulayıb:
“Belə şeylərə çox həvəsim yoxdur. Məğlub olsam, qətiyyən forma istəməyəcəyəm. Azarkeşlərlə sağollaşıb gedəcəyəm. Məğlubiyyətlə barışa bilməyən adamam”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah” – “Barselona” oyunu bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.
İnterval.Az
Ayla Qafqazlı

Stiv Solvet: “Barselona”ya məğlub olsaq, sağollaşıb gedəcəyəm” üçün şərhlər bağlıdır
Bütün xəbərlər



































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































