Azərbaycan və Yaponiya arasında ikiqat vergitutmanın …

Azərbaycan və Yaponiya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənəd hazırlanır

Azərbaycan və Yaponiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya müzakirə edilib.

Hazırda qüvvədə olan sazişlərdən biri – Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında 2005-ci il mayın 30-da mübadilə edilmiş və Azərbaycanın 01 aprel 2008-ci il tarixli qanunu ilə təsdiq edilmiş notalara müvafiq olaraq Yaponiya ilə SSRİ arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyadır, hansı ki, Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərdə tətbiq edilir.

Ölkələr arasında yeni Konvensiyanın bağlanması həm Yaponiya, həm də Azərbaycan sərmayəçilərinə əlverişli şəraitin yaradılması və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük əhəmiyyət kəsb edəcək. Eyni zamanda, Konvensiya layihəsi hər iki ölkənin vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək.


Bütün xəbərlər