Britaniyada da “McDonalds”lar bağlandı – Koronavirusa görə

Britaniyada da “McDonalds” restoranları bağlanıb.

İnterval.Az bildirir ki, bu barədə məlumatı “The Sun” nəşri yayıb. Məlumata görə restoranlar bağlansa da, “McDonalds” məhsullarını alıb aparmaq və ya evlərə sifariş etmək ( “takeaway” və “drive-thru”) isə mümkün olacaq.

Şirkətin yaydığı məlumatda bildirilir ki, bu tədbir koronavirusun yayılmasınnı qarşısını almaq məqsədilədir.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-da da “McDonalds” restoranları bağlanıb.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 198737 nəfər yoluxub. 7989 nəfər bu virusdan ölüb, 82779 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.


Bütün xəbərlər