“O qadının yerinə olsam, çoxdan boşanmışdım”

Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə haqqlarında yayılan sevgi söz-söhbətinə açıqlama gətirib.

İnterval.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə “ATV maqazin onlarla” verilişinə danışan Nadir onları bir-birinə yaraşdıranların çox olduğunu qeyd edib:

“Ayanla aramızda 18 yaş fərqi var. Amma bizi yaraşdıranlar çoxdur. Ayanla bizdə alınır. Artıq bizi evləndirirlər, bəziləri sevgili kimi görür. Mahnı ilə əlaqəli fotosessiya paylaşarkən, izləyicilərdən “Nadirin yoldaşı necə dözür görəsən”, “Mən o qadının yerinə olsam, çoxdan boşanmışdım” deyə şərhlər yazıldı. Təbii ki, biz dostuq, həmkarıq. Biz səhnədə sevgili obrazına girə bilərik, amma həyatda dostuq. Ayan mənim ailəmdə olub, yoldaşımla rəfiqədir”.


Bütün xəbərlər